İndoneziyada hərbi təyyarə qəzaya uğradı
    • 16-11-2023, 12:24
    • 148

İndoneziyada hərbi təyyarə qəzaya uğradı

İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Yavanın şərqində qəzaya uğrayıb. 

News24.az xəbər verir ki, bu barədə İndoneziyanın Detik portalı məlumat yayıb.

Təyyarə Bromo dağının yamacındakı Pasuruan liman şəhəri yaxınlığında qəzaya uğrayıb. Məlumatı İndoneziya Hərbi Hava Qüvvələrinin məlumat mərkəzinin rəhbəri Əbdül Muxari təsdiqləyib.

Qəzanın təfərrüatları açıqlanmayıb. Tələfat barədə məlumat yoxdur.

Aynurə