-
- 16-11-2023, 16:44
- 212
Məhkəmə Qubad İbadoğlu barəsində QƏRAR VERDİ / VİDEO
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti daha 3 ay artırılıb.
News24.az xəbər verir ki, bu barədə qərar Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə keçirilən iclasda qəbul edilib.
Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, bu ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.