-
- 16-11-2023, 18:21
- 240
"Arzu olunsa, il sonuna qədər sülh müqaviləsi imzalana bilər" - SİMONYAN
“Şans azdır, amma arzu olunarsa, bu ilin sonunda sülh müqaviləsinin imzalanması ehtimalı var. Tarixlərə fikir verməyin, əsas odur ki, ölkəmizə, bölgəmizə sülh gətirəcək bir şey imzalayaq”
News24.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.
“Ümid edək ki, sülh müqaviləsi imzalanacaq”.
Spiker bildirib ki, hər iki ölkənin cəmiyyətləri sülh müqaviləsinə hazırlanmalıdır.
Simonyan “sülh sazişinin nə vaxt imzalanacağı ilə bağlı qrafik varmı” sualını cavablandırıb.
“Konkret şərtlər müzakirə edilmir. Keçən il danışırdıq ki, ilin sonuna kimi imzalanacaq, amma imzalanmadı. Kimin vasitəçiliyi ilə olacağı müzakirə olunmur. Kim gəlirsə, öz maraqlarını da gətirir. Həm biz, həm də Azərbaycan tərəfi başa düşməliyik ki, əgər hər yerdə bir-birimizlə razılaşmasaq, üçüncü tərəf peyda olacaq və bunlar onların öz maraqlarına xidmət edəcək”.
Ayşən