"Qərb dövlətləri münaqişəni qızışdırmaq niyyətində idilər" - Matvienko
    • 16-11-2023, 18:41
    • 153

"Qərb dövlətləri münaqişəni qızışdırmaq niyyətində idilər" - Matvienko

Qərb dövlətləri yalnız Azərbaycanla Ermənistan arasında münaqişəni qızışdırmaq niyyətində idilər”.

News24.az “TASS”a istinadla xəbər verir ki, bu barədə Rusiya  Federasiya Şurasının sədri Valentina Matvienko Milli Məclisin sədri Saxibə Qafarova ilə görüşündə deyib.

"Rusiya, bilirsiniz, Cənubi Qafqazın sabit və dinc olmasını təmin etmək üçün atılan addımlarda fəal iştirak edib. Bu, bizim üçün çox vacibdir. Biz görürük ki, Qərb dövlətləri yalnız münaqişəni qızışdırmaq niyyətində idilər, biz sülh gündəminin təşviqində müsbət addımlar görmədik. Azərbaycana müxtəlif platformalarda təzyiqlər edilib və bu, yaxşı heç nəyə gətirib çıxarmayacaq”, - Matvienko bildirib.

Ayşən