"Sputnik V" peyvəndi AZƏRBAYCANDA DA İSTEHSAL EDİLƏCƏK
    • 16-04-2021, 13:31
    • 446

"Sputnik V" peyvəndi AZƏRBAYCANDA DA İSTEHSAL EDİLƏCƏK

Azərbaycanda koronavirusa qarşı Rusiya peyvəndlərinin istehsalına başlanması məsələsi nəzərdən keçirilir.

News24.az
RİA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşdə deyib: "Sizinlə bu sahədə əməkdaşlığımız davam edəcək. Rusiya peyvənd istehsalını demək olar ki, hər həftə artırır. Peyvəndlərin ölkənizə çatdırması ilə yanaşı, bildiyim qədəri ilə bu peyvəndlərin Azərbaycanda istehsalı məsələsinə baxılır. Bu da Sputnik-in başqa ölkələrə ixracına imkan verəcək".

V.Matvienko "Sputnik" peyvəndinin bu ilin aprel-may aylarında Azərbaycana tədarükü ilə bağlı Bakı ilə Moskva arasında artıq razılıq əldə edildiyini qeyd deyib: "Əməkdaşlıq üçün açıqıq. Heç nəyi gizlətmirik və kommersiya məqsədləri güdmürük. Sadəcə olaraq, planetdə pandemiya ilə mübarizəyə böyük töhfə vermək istəyirik".