Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib - FOTO
    • 17-11-2023, 10:36
    • 140

Milli Məclisin sədri MDB PA-nın Şura iclasında iştirak edib - FOTO

Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində MDB Parlamentlərarası Assambleyanın (MDB PA) Şura iclası keçirilib. İclasda bir sıra təşkilati və gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparılıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən News24.az-a verilən xəbərə görə, tədbirdə həmçinin Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev, Belarus parlamentinin spikeri Natalya Koçanova, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, o cümlədən təşkilata üzv ölkələrin bəzi parlament təmsilçiləri MDB PA tərəfindən təltif ediliblər.