İstanbulda partlayış: 1 ölü, 5 yaralı
    • 17-11-2023, 18:03
    • 134

İstanbulda partlayış: 1 ölü, 5 yaralı

Türkiyənin İstanbul şəhərində Kiçikçəkməcə rayonunda dördmərtəbəli binada partlayış olub.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə TRT Haber məlumat verib.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Binanın zirzəmisində baş verən partlayışın yaranmasına səbəb təbii qaz balonunun partlaması göstərilir.

Qeyd edək ki, əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub.