Zelenski onu vəzifəsindən azad etdi
    • 18-11-2023, 00:08
    • 187

Zelenski onu vəzifəsindən azad etdi

Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini Aleksandr Tarasovskini işdən çıxarıb. 

News24.az bildirir ki, bunu Ukrayna liderinin saytında dərc edilmiş müvafiq fərman sübut edir.

"Aleksandr Alekseeviç Tarasovski Ukrayna Xarici Kəşfiyyat Xidməti rəhbərinin müavini vəzifəsindən azad edilsin", - sənədin mətnində deyilir.

Onun işdən çıxarılma səbəbləri açıqlanmır.

Aynurə