ABŞ-də xəstəxanada atışma olub, ölənlər var
    • 18-11-2023, 08:46
    • 136

ABŞ-də xəstəxanada atışma olub, ölənlər var

ABŞ-nin Nyu-Qempşir ştatının Konkord şəhərində xəstəxanada atışma baş verib.

News24.az  xəbər verir ki, bu barədə ştat polisi bildirib

"Polis Konkorddakı Nyu-Hempşir xəstəxanasında baş verən atışma hadisəsini araşdırır", - polisin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunur.

Hadisə nəticəsində çoxsaylı insan tələfatının olduğu qeyd edilir. Məlumata görə, ölənlər arasında silahlı insidenti törətməkdə şübhəli bilinən cinayətkar da var.