Arda Türkiyəyə QAYIDIR?
    • 18-11-2023, 20:45
    • 176

Arda Türkiyəyə QAYIDIR?

“Fənərbağça” dan “Real Madrid”ə transfer olan Arda gülər yenidən doğma klubuna qayıda bilər.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, İspaniya mətbuatı Ardanın “sarı-lacivərtlilər”ə icarə əsasında qayıda bilmək ehtimalını yüksək olduğunu bildirir. İcarə 1 il müddətinə nəzərdə tutulub. Türkiyə klubu qarşı tərəfə 1 milyon avro ödəniş edəcək.

Qeyd edək ki, Arda “Kral klubu”nda hələ ki rəsmi matça çıxmayıb. Futbolçu transferindən bəri ardıcıl zədələrlə üzləşib.