Silsilə yanğınlar törədən şəxs saxlanıldı
    • 19-11-2023, 00:13
    • 115

Silsilə yanğınlar törədən şəxs saxlanıldı

Şahbuz rayonu Mahmudoba kəndində silsilə yanğınlar törədən şəxs saxlanılıb.

News24.az bildirir ki, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, son üç gündə Şahbuz rayonunun Mahmudoba kəndində silsilə yanğınlar (4 yanğın) törədən Mahmudoba kənd sakini Naxçıvan MR DİN əməkdaşlarının apardığı təxirəsalınmaz əməliyyatlar nəticəsində saxlanılıb.

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyi tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir.