Şabranda BƏDBƏXT HADİSƏ: Noyabrın 19-u saat 00:10-da...
    • 20-11-2023, 15:15
    • 299

Şabranda BƏDBƏXT HADİSƏ: Noyabrın 19-u saat 00:10-da...

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan News24.az-a verilən məlumata görə, noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA" markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.