-
- 20-11-2023, 17:30
- 242
SEPAH İsraili hədəfə aldı: "Buna görə məğlub oldunuz"
“İsrail həm Fələstin xalqının müqaviməti, həm də öz səhvləri ucbatından məğlub oldu”.
News24.az “Mehr” istinadla xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami bildirib.
“Sionistlər uşaqları və körpələri hədəfə alaraq, Qəzza zolağında məzlum fələstinli xalqı bombalayaraq, qələbə çalmağa çalışırlar. Düşmən günahsız Fələstin xalqının müqaviməti və öz səhvləri sayəsində məğlub oldu”, - o deyib.
O əlavə edib ki, İsrail Qəzza zolağında əməliyyatını genişləndirib və müsəlman döyüşçülərin hücumuna məruz qalıb: “Nəticədə hər gün ən azı 15 tank və bir neçə zirehli transportyor məhv edilir".
Səlaminin sözlərinə görə, “Fələstin müqavimət qruplarının İsrailə qarşı davam edən “Əl-Əqsa Fırtınası” adlı hərbi əməliyyatı ABŞ-nin dünyadakı mövqeyini sarsıdıb.
“Qəzza zolağında baş verən hadisələr Qərb hökumətləri və sionistlərin müsəlmanlara qarşı” “gizli” siyasətini üzə çıxarıb.ABŞ, İsrail və onların müttəfiqləri demokratiyanı təbliğ etmək bəhanəsi ilə müsəlman ölkələrini işğal etmək üçün regiona gəliblər, lakin onlar son 20 ildə yüz minlərlə müsəlmanı öldürüb, bir çox şəhərləri, Əfqanıstan, İraq, Yəmən və Suriya kimi ölkələrdə dağıdıblar".
Ayşən