-
- 21-11-2023, 21:41
- 349
Xəyanətlə üzləşən qadınların etdiyi səhvlər – PSİXOLOQ AÇIQLADI
Cütlüklər arasında baş verən mübahisələrin və boşanmaların əsas səbəbi xəyanətdir. Xəyanətlə üzləşən insanlar həmin travmanının nəticəsində bir sıra səhvlərə yol verirlər.
Bəs, xəyanətə məruz qalan insanlar hansı səhvləri edirlər və nələrə diqqət etməlidirlər?
News24.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-danışan Pərvanə Kərimova etiraf edib ki, xəyanətlə üzləşənlərin çoxu xanımlar olur.
“Əgər partnyor və ya həyat yoldaşı xəyanət edibsə, problemlərin ikilikdə həll olunmasına üstünlük verilməlidir. Çox vaxt xanımlar bunu özləri etmək əvəzinə kənar şəxsləri probemin müzakirəsinə cəlb edirlər. Uşaqlardan təzyiq vasitəsi kimi istifadə edirlər. Öz ailəsinə və qarşı tərəfin ailəsinə bu problemdən bəhs edirlər”.
Psixoloq qeyd edib ki, bu zaman dilimində sinirləri cilovlamaq olduqca önəmlidir.
“Xanımların etdiyi əsas səhvlərdən biri yoldaşının danışdığı xanımı taparaq ona yazmaqdır. Bunu etməklə həmin qadınlar öz dəyərlərini aşağı salırlar. Bu hal bəzi xanımlar üçün çox çətin olduğu üçün onlar da xəyanət etmək haqqında düşünürlər. Xəyanətin bir nəticə olduğunu qəbul etmək lazımdır. Bu mərhələyə qədər cütlüklər arasında baş verən problemləri analiz etmək lazımdır”, deyə psixoloq fikirlərini sonlandırıb.