-
- 22-11-2023, 12:16
- 195
Blinken yenidən İsrailə gedir
Dövlət katibi Entoni Blinken İsrail və Fələstin rəsmiləri ilə Qəzza zolağında müharibə ilə bağlı danışıqlar aparmaq üçün gələn həftənin əvvəlində yenidən İsrailə səfər etməyi planlaşdırır.
News24.az xəbər verir ki, bu, Blinkenin HƏMAS-ın 7 oktyabr hücumundan sonra dördüncü səfəri olacaq.
Səfər İsrail və HƏMAS arasında bir neçə gün ərzində hərbi əməliyyatlara fasilə verilməsini nəzərdə tutan girov müqaviləsinin icrası fonunda baş tutacaq.
Qumral