Ağ Evdən Rusiyaya xəbərdarlıq:
    • 22-11-2023, 14:23
    • 182

Ağ Evdən Rusiyaya xəbərdarlıq: "tədbir görəcəyik"

"İran çox güman ki , Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya ballistik raketlər verməyi düşünür".

News24.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ İran və Rusiya arasındakı münasibətlərdəki vəziyyəti izləyəcək və lazım gələrsə, müvafiq tədbirlər görəcək.

“İran daha əvvəl Rusiyaya pilotsuz təyyarələr, idarə olunan bombalar və artilleriya sursatları verib, Moskva isə Ukraynaya hücumlar üçün istifadə edirdi. İran Rusiyaya dəstək üçün daha bir addım atmağa hazırlaşır. Biz  İranın Ukraynada istifadə üçün Rusiyaya ballistik raketlər verməyi nəzərdən keçirməsindən narahatıq", - o deyib.


Kirbi qeyd edib ki,  Rusiya bu dəstəyin müqabilində Tehrana raketlər, elektronika və hava hücumundan müdafiə də daxil olmaqla “görünməmiş müdafiə əməkdaşlığı” təklif edib: “İran Rusiyadan milyardlarla dollar dəyərində hərbi texnika, o cümlədən hücum helikopterləri, radarlar və döyüş təlimçiləri almağa çalışıb”.

Ağ Ev rəsmisi bildirib ki, "Vaqner"  silahlı qruplaşması Rusiyanın göstərişi ilə ya Hizbullaha, ya da İrana hava hücumundan müdafiə imkanları verməyə hazırlaşır.

Kirbi deyib ki, Birləşmiş Ştatlar bu “sabitliyi pozan trafikə” cəlb oluna biləcək Rusiya fiziki və qurumlarına qarşı anti-terror sanksiyalarından istifadə etməyə hazırdır.

Ayşən