Millət vəkili aparıcının müdafiəsinə qalxdı  -
    • 22-11-2023, 14:50
    • 309

Millət vəkili aparıcının müdafiəsinə qalxdı - "Çingizi təhqir etməyib"

Bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır. Bu gün isə Audiovizual Şuradan APA-ya deyilib ki, bu hadisə ilə bağlı ATV-yə irad bildirilib və müvafiq tövsiyələr verilib.

Millət vəkili Etibar Əliyev hadisəyə münasibət bildirərək öz sosial şəbəkə hesabında bildirib ki, aparıcı danışığında Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib.

News24.az deputatın paylaşımını təqdim edir:

"ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır.

Çingiz Abdullayev ATV kanalını məhkəməyə verməyə hazırlaşır. Bu barədə bunları deyib: “Azərbaycan Yazıçılar Birliyinin hüquqşünası məhkəməyə xüsusi ittiham qaydasında şikayət hazırlayır. İddiaçı təşkilat ola bilməz deyə, mənim adımdan yazılacaq. Təzminat 1 manat da olsa, 100 min manat da olsa, almayacağam. Hamısını şəhid ailələri üçün köçürəyəcəyik. Mənə nə o aparıcının, nə də telekanalın pulu lazımdır. Aparıcı danışıb, öz səviyyəsini göstərib.”

Diqqət edin, Azərbaycanının Xalq yazıçısı məhkəmədə udduğu pulu şəhid ailələrinə bağışlamaq istəyir. Əslində Ç. Abdullayev kitablarının satışından gələn pulları şəhid ailələrinə xərcləməli olduğu halda, görün pulu harda axtarır. 

Ona qalsa məni də Erl Stenli Qardnerin, Frederik Forsaytın, Con Le Karrenin, Reks Statutun yaxınları məhkəməyə verməli idilər. Bir dəfə müsahibələrimin birində onların əsərlərinin "zir-zibil" olduğunu demişdim. 200-dən çox detektiv əsəri Bukinistə bağışlamışam. Vaxtında belə romanların əvəzinə ciddi ədəbiyyatları oxusaydım, daha çox bilgi qazanmış olardım. Əslində Kubra xanım Çingiz Abdullayevə qarşı nalayiq ifadə işlətməyib. O, detektiv janrını "zir-zibil" adlandırıb. Mən Çingiz Abdullayelə bir neçə tədbirdə məruzəçi kimi iştirak etmişəm. Bu adamda özündənrazılığın həddi xeyli komplekslər formalaşdırıb. Bəlkə bunu özü bilmir. Ancaq yaxın adamları bunu ona deməlidirlər. Mütaliə edənlər yaxşı bilirlər: yazıçıların əsərləri barədə fərqli fikirlər (hətta təhqirlərin) həmişə olub və olacaq. Sadəcə yazıçı belə məsələlərə tolerant yanaşmalıdır. 

Məncə Çingiz müəllim məhkəmə iddiasından geri çəkiləcək.  Yazıçılar Birliyinin bu məsələyə müdaxiləsi isə tamamilə absurddur".

Qumral