Xocalı məktəbinin şagirdləri üçün xeyriyyə aksiyası keçirilib - FOTO
    • 4-04-2019, 16:53
    • 1 486

Xocalı məktəbinin şagirdləri üçün xeyriyyə aksiyası keçirilib - FOTO

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyasının (AQSİA) təşkilatçılığı ilə Bakının Pirşağı qəsəbəsində müvəqqəti yerləşən Xocalı şəhər 2 saylı orta məktəbin şagirdləri üçün xeyriyyə aksiyasi keçirilib. Bunu …-ə AQSİA-nın sosial iş komissiyasının rəhbəri Gülnarə Xəlilova deyib.

News24.az xəbər verir ki, çıxış edənlər - AQSİA-nın İdarəetmə şurasının sədri Səkinə Babayeva, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, Milli Məclisin deputatları Adil Əliyev, Elman Məmmədov, Flora Qasımova, məktəbin direktoru Fiqurə Rüstəmova, iş adamı və ictimai xadim Əli Hənifəyev, yazıçı Arzu Soltan qeyd ediblər ki, dövlət qaçqın və məcburi köçkünlərə böyük diqqət və qayğı göstərir, böyüyən nəslin inkişafı üçün hər cür şərait yaradır, cəmiyyətdə isə xeyriyyəçilik  təkcə təmənnasız köməyin  aktual və geniş təzahürünə deyil, həm də hər bir insanın daxili tələbatına çevrilib.
 
Uşaqlara hədiyyələr verilib, əməkdar artist Tünzalə Ağayeva və müğənni Samirə Əfəndiyevanın iştirakı ilə konsert proqramı, nağıl qəhrəmanlarının teatrlaşdırılmış səhnələri göstərilib.

Qonaqlar, həmçinin Xocalı şəhər məktəbi, təhsil şəraiti və istedadlı uşaqların qabiliyyət səviyyələri ilə tanış olublar.