-
- 23-11-2023, 15:39
- 364
Vaqona minən yeniyetmə öldü - SƏBƏB
Moskva Dəmiryolunun Ryazan istiqamətindəki Vyalki stansiyasında uşağı elektrik cərəyanı vuraraq ölüb.
News24.az xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.
Bildirilib ki, 12 yaşlı məktəbli Çerustidən Moskvaya gedən vaqonun damına minməyə cəhd edib və bu zaman onu elektrik cərəyanı vurub.
Müstəntiqlər artıq fövqəladə hadisə yerinə baxış keçirib və lazımi ekspertizalar təyin ediblər, araşdırmalar davam etdirilir.
Rəsmi mənbələrdən hələlik təsdiqini tapmayan bəzi məlumatlara görə, mərhum yeniyetmə tək olmayıb və o, dostları ilə birlikdə elektrik qatarına minib.
Nəzrin