Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib
    • 23-11-2023, 18:55
    • 103

Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

News24.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşıladılar.