Şahramanyan 44 günlük müharibəyə görə sorğu-sual EDİLİR
    • 24-11-2023, 12:30
    • 273

Şahramanyan 44 günlük müharibəyə görə sorğu-sual EDİLİR

Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyası iclasında iştirak edir.

News24.az xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti yazıb.

Bildirilir ki, iclas qapalı keçirilir. 

Xatırladaq ki, Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə komissiyası mövqeyini açıqlamadan Samvel Şahramanyanı dəvət edib. Göndərilən “dəvətnamə”də onun yalnız adı və soyadı yazılıb. Samvel Şahramanyan komissiyanın təklifini qəbul edib. 

Xatırladaq ki, Samvel Şahramanyan Qarabağdakı keçmiş separatçı rejmin rəhbəri olub.

Qumral