-
- 24-11-2023, 16:32
- 291
Şahramanyan 3 saat dindirildi
Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri Samvel Şahramanyan Ermənistan parlamentinin 44 günlük müharibənin şərtlərini araşdırmaq üzrə yaratdığı komissiyası iclasında iştirak edib.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Samvel Şahramanyan 3 saat dindirilib.
Komissiyanın sədri Andranik Köçəryan bildirib ki, Şahramanyan təkcə 44 günlük müharibə ilə bağlı deyil, eyni zamanda müharibədən sonra baş verən proseslərlə bağlı da dindirilib.
İclasda həmçinin sentyabrın 25-də Xankəndi yaxınlığında baş vermiş partlayışla bağlı ətraflı müzakirə aparılıb.
Qumral