Paşinyan Qazaxın işğalda olan kəndləridən DANIŞDI
    • 24-11-2023, 17:35
    • 569

Paşinyan Qazaxın işğalda olan kəndləridən DANIŞDI

Ermənistanın 29,8 min kv.km ərazisindən danışanda bura Sovet dövründən Azərbaycana məxsus anklavlar daxil deyil.

News24.az "Politik.am"-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı canlı yayımda vətəndaşın sualını cavablandırarkən deyib.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri də Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımasıdır: "Ermənistanın ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycanın ərazisinin 86 min 600 kvadrat kilometr olduğunu bəyan etmişəm. Ermənistanın 29,8 min kv.km ərazisindən danışanda bura Sovet dövründən Azərbaycana məxsus anklavlar daxil deyil. Azərbaycan ərazisində də Ermənistanın anklavı var və bu məsələlər qarşılıqlı həll edilməlidir". 

Onun sözlərinə görə, gələcəkdə bu anklavlara gediş-gəlişin necə olacağını da düşünmək lazımdır.

Qumral