Zaqatalada öldürülən qadının və keçmiş ərinin FOTOSU - TƏFƏRRÜAT
    • 25-11-2023, 10:47
    • 481

Zaqatalada öldürülən qadının və keçmiş ərinin FOTOSU - TƏFƏRRÜAT

Bu gün Zaqatalada kişinin keçmiş arvadını küçədə qətlə yetirməsi barədə xəbər vermişdik.

News24.az xəbər verir ki, Lent.az hadisəni törədən Əli Səfərovun fotosunu da əldə edib.

Məlumata görə, qətlə yetirilən 34 yaşlı Aygün Mikayıl qızı Həşimova Zaqatalanın Qımır kəndindəndir.

Hədisəni törətməkdə şübhəli sayılan 32 yaşlı Əli Fərhad oğlu Səfərov isə Şamaxı rayonundandır.

Onlar ailəli olublar, bir müddət əvvəl ilə boşanıblar. Boşanandan bir müddət sonra isə barışaraq qeyri-rəsmi nikahn münasibətlərində Bakıda bir yerdə yaşayıblar. Sonra onların arası yenidən dəyib və Aygün Həşimova bir ay əvvəl Bakıdan Zaqatalaya qayıdıb.

Ə.Səfərov keçmiş arvadının Zaqatalada restoranlardan birində işə düzəldiyini eşidib və dərhal Bakıdan rayona gəlib.

Ə.Səfərov həyat yoldaşını səhər işə gedərkən küçədə öldürüb.