Ceyhun Bayramovdan yeni kadr təyinatı - EKSKLÜZİV
    • 5-04-2019, 11:38
    • 1 505

Ceyhun Bayramovdan yeni kadr təyinatı - EKSKLÜZİV

Azərbaycan Təhsil Nazirliyində yeni kadr təyinatı olub. 

News24.az-ın məlumatına görə, təhsil naziri Ceyhun Bayramov Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin edib. Agentliyin direktoru Pərviz Yusifovdur. O, əvvəllər nazirliyin beynəlxalq əməkdaşlıq şöbəsində çalışıb. 

Qeyd edək ki, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru Amil Əliyev əvəz edirdi. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov faktı News24.az-a təsdiqləyib.