Gimnastın ayağı amputasiya EDİLƏCƏK - FOTO
    • 27-11-2023, 12:03
    • 376

Gimnastın ayağı amputasiya EDİLƏCƏK - FOTO

Keçmiş gimnast Laysan Utyashevanın ayağı amputasiya ediləcək.

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. 

Gimnast bildirib ki, həkimlər onun zədələnmiş ayağının amputasiya ehtimalının yüksək olduğunu bildirib.

"Dünya çempionatında ayağım ağrıdı, amma məşqçiyə etiraf etməyə qorxdum və yarışa çıxmağa məcbur oldum. Lakin yarışdan sonra güclü ağrı hiss etdim”, - deyə Utyasheva bildirib.

Qeyd edək ki, o,  bədii gimnastika üzrə Əməkdar İdman Ustası, Rusiya və beynəlxalq yarışların dəfələrlə qalibi, komanda yarışında ikiqat Avropa çempionu (2002), 2001/02 Dünya Kubokunun, 2002 MDB və 2002-ci illərin qalibidir. 

Gimnast 25 noyabr 2012-ci ildə aktyor və şoumen Pavel Volya ilə ailə həyatı qurub. 14 may 2013-cü ildə  Mayamidə Robert adlı bir oğlu dünyaya gətirib. 5 may 2015-ci ildə ailədə Sofiya adlı bir qızı dünyaya gəlib.

Nəzrin