İraq Türkiyə sərhədində baza qurdu
    • 2-05-2024, 13:31
    • 147

İraq Türkiyə sərhədində baza qurdu

İraq 30 ildən sonra Türkiyə sərhədində baza qurub.

News24.az xəbər verir ki, İraq mətbuatında yer alan xəbərlərdə İraq Sərhəd Qoşunlarının Türkiyə sərhədinə yaxın Zaxo rayonunun Kişini kəndində iki hərbi baza qurduğu bildirilib.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk nazirlikdə keçirilən mətbuat konfransında bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizəsi qətiyyətlə davam edir.

Milli Müdafiə Nazirliyi (MSB) mənbələri İraq sərhəd qoşunlarının Türkiyənin əməliyyat bölgələrinə yaxın baza bölgələri qurması ilə bağlı sualları cavablandıraraq, “Bunlar İraq sərhədçiləri tərəfindən əməliyyatların qarşısını almaq üçün əməliyyat bölgələrimizə bitişik ərazilərdə həyata keçirilən fəaliyyətlərdir. Bu tədbirlər bizimlə koordinasiya əsasında həyata keçirilir. Növbəti prosesdə; PKK-nın fəaliyyətlərinin qarşısının alınması, sərhəd təhlükəsizliyinin təmin edilməsi və bölgədə yaşayan İraq vətəndaşlarının həyat təhlükəsizliyinin qorunması üçün İraqla ölkəmiz arasında koordinasiyalı işlər davam etdiriləcək” -deyib.

Günel Məlikzadə