Aşıq Zülfiyyə: “Əzrayıl birinci onu soruşacaq ki...”
    • 28-11-2023, 11:21
    • 749

Aşıq Zülfiyyə: “Əzrayıl birinci onu soruşacaq ki...”

“Allah uzaq eləsin, hansısa qəza, ya da bədbəxt hadisə nəticəsində bədəndə, ya üzdə bir problem yaşanarsa, o halda plastik əməliyyatın tərəfdarıyam”.

News24.az xəbər verir ki, bu fikirləri plastik əməliyyata qarşı olduğunu gizlətməyən Aşıq Zülfiyyə Yenicag.az-a açıqlamasında deyib.

Plastik və estetik əməliyyatlarla zahiri görünüşün dəyişdirilməsinin əleyhinə olduğunu deyən sənətçi “plastik-estetik əməliyyatla simamı dəyişdirsəm, Əzrayıl məni tanımayacaq”, – deyə zarafatından da qalmayıb:

“Dəfələrlə yaxın adamlarım tərəfindən mənə də sual olunub ki, sənət adamısan, nə əcəb sən də plastik əməliyyat etdirmirsən? Demişəm, Allahın yaratdığına zidd gedə bilmərəm.

Plastik əməliyyat etdirirəmsə, deməli, belə çıxır ki, Allaha deyirəm, sənin yaratdığın vücud, ya sima mənim xoşuma gəlmir, özümü dəyişdirib istədiyim kimi görmək istəyirəm. Mən Allahdan qorxuram.

Digər tərəfdən, zarafatla da olsa, deyirəm, yox e, plastik-estetik əməliyyatla dəyişsəm, əzrayıl məni tanımayacaq. Mütləq soruşacaq ki, sən kimsən?

Bir misal da çəkim, Əzrayıl bir qadının canını almaq istəyir, o da bir günlük möhlət istəyir. Səhəri gün qadın gözəllik salonuna gedib görkəmini dəyişir. Salondan çıxanda, onu maşın vurur.

Görür, Əzrayıl başının üstündədir. Deyir, axı mən səndən bir günlük möhlət istəmişdim, niyə canımı aldın? Əzrayıl deyir, evin tikilsin, tanımadım, sən o qadınsan ki?

Allah uzaq eləsin, hansısa qəza, ya da bədbəxt hadisə nəticəsində bədəndə, ya üzdə bir problem yaşanarsa, o halda plastik əməliyyatın tərəfdarıyam.

Fikrim çoxuna xoş gəlməyə də bilər. Amma estetik əməliyyat etdirənlərə heç nə deyə bilmərəm, neyləyirlər, özləri bilər. Mən özümə cavabdehəm. Sual verdiniz, mən də cavablandırdım”.