Emin Əmrullayev bir neçə məktəb direktorunu CƏZALANDIRDI
    • 28-11-2023, 12:08
    • 1 546

Emin Əmrullayev bir neçə məktəb direktorunu CƏZALANDIRDI

"Şagird yerdəyişmələri ilə bağlı sistem mövcuddur, monitorinq aparılır və buna uyğun addım atılır. Şagird yerdəyişməsinin kütləvi xarakter daşıyan yerlərlə bağlı ciddi addım atılır".

News24.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov yuxarı siniflərdə davamiyyətin aşağı olması və şagirdlərin hazırlıqla bağlı məktəbini kəndə dəyişməsinə cavab olaraq deyib.

O qeyd edib ki, ötən il bir neçə müəssisə rəhbəri, buna məsul şəxslər cəzalandırılıb.

"Mütəmadi monitorinq aparılır, aylıq əsasla xüsusilə yuxarı siniflərdə bununla bağlı hesabatlar hazırlanır".