Bilik günü ilə bağlı HEÇ BİR ŞƏNLİK OLMAYACAQ – RƏSMİ AÇIQLAMA
    • 4-09-2020, 16:08
    • 1 021

Bilik günü ilə bağlı HEÇ BİR ŞƏNLİK OLMAYACAQ – RƏSMİ AÇIQLAMA

“15 sentyabrda bilik günü ilə bağlı heç bir kütləvi tədbirin keçirilməsi nəzərdə tutulmayıb. Pandemiya şəraitində bu, mümkün deyil”. 

Bunu News24.az-a açıqlamasında Təhsil Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov deyib.

Nazirliyin sözçüsü əlavə edib ki, bu il 650 mindən çox şagird ibtidai siniflərdə tədris prosesinə qoşulacaq: “Azərbaycanda şagirdlərin 10%-ə qədəri rus dili üzrə təhsil alır. Təxminən 1 milyon 600 min şagirddən söhbət gedir. 90% şagird isə Azərbaycan dili üzrə təhsil alır”. 

Məhərrəm Əliyev