-
- 28-11-2023, 15:37
- 458
"Azərbaycanlılar Ermənistanda yaşadıqları evlərə qayıdacaq" - ALEN SİMONYAN
“Elə bir vaxt gələcək ki, azərbaycanlılar Ermənistan ərazisində vaxtilə yaşadıqları evlərə qayıdıb məskunlaşacaq”.
RTV-nin xəbərinə görə, bunu Ermənistan Parlamentinin sədri Alen Simonyan bildirib.
O həmçinin sülh razılaşmasının əsaslandığı prinsiplərdən də danışıb:
“Biz azərbaycanlıların ölkəmizdə gəlib yaşayacağına ümid edirik. Bunun üçün bütün zəruri addımlar atılacaq. Ermənilər və azərbaycanlılar əvvəllər olduğu kimi yenə də birlikdə ticarətlə məşğul olmalıdırlar. Vaxtilə burada yaşayan azərbaycanlıların öz evlərinə qayıdacağını istisna etmirəm. Sülh müqaviləsinə gəlincə, bu sənəd tamamilə ərazi bütövlüyü və kommunikasiyaların açılması kimi beynəlxalq prinsiplər üzərində qurulub”.