Özbəkistanın baş naziri qəzaya düşdü
    • 21-08-2018, 13:52
    • 1 518

Özbəkistanın baş naziri qəzaya düşdü

Özbəkistanın baş naziri Abdulla Aripov qəzaya düşüb.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. 

İnsident ötən gün baş verib. “Daewoo Damas”ın sürücüsü idarəetməni itirərək qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkət zolağına çıxıb. Nəticədə hökumət kortejindəki “Mercedes-Benz”lə toqqquşub. 

Qəza nəticəsində baş nazir yüngül xəsarət alıb. Onun müavini və prezident aparatının digər rəsmisi isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. 

//Qafqazinfo