Kəmaləddin Heydərov QƏZAYA DÜŞDÜ - VİDEO
    • 21-05-2020, 10:30
    • 1 314

Kəmaləddin Heydərov QƏZAYA DÜŞDÜ - VİDEO

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qəzaya düşüb.

Nazirin dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.

Mühafizəçilər dərhal naziri arxadakı maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.

Yayılan videodan görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.  

Həmin görüntüləri təqdim edirik: /BakuPost/