"Həzrəti Yusif"in aktrisası vəfat etdi - FOTO/ VİDEO
    • 29-11-2023, 00:08
    • 481

"Həzrəti Yusif"in aktrisası vəfat etdi - FOTO/ VİDEO

İranlı aktrisa Pərvanə Məsumi Rəşt şəhərində vəfat edib.

News24.az "Unikal"-a istinadla xəbər verir ki, bu barədə "Tehran times" məlumat yayıb.

79 yaşlı sənətçiyə qan zəhərlənməsi və ağciyər infeksiyası diaqnozu qoyulub.

Qeyd edək ki, Pərvanə Məsumi “Həzrəti Yusif”, “Qarğa”, “Qərib və duman”, “Həddi-hüdudlardan kənar”, "Diriliş günü" kimi məşhur seriallarda rol alıb.