"Heydər Əliyev kadr korpusunun milliləşdirilməsində cəsarətli addım atdı"
    • 29-11-2023, 11:35
    • 204

"Heydər Əliyev kadr korpusunun milliləşdirilməsində cəsarətli addım atdı"

"Heydər Əliyev kadr korpusunun milliləşdirilməsində cəsarətli addım atdı". 

News24.az xəbər verir ki, bunu “Heydər Əliyev və müasir dövlət quruculuğu” adlı konfransda Baş Prokurorluğun İdarə rəisi Murad Dadaşov deyib. 

Onun sözlərinə görə, Azərbaycan gənclərinin  SSRİ ali məktəblərinə göndərilməsi onun uzaq görən siyasətinin bariz nümunəsi idi:

"Həmin gənclər indi müstəqil Azərbaycan dövlətçiliyinə töhvə verir.  Həmçinin SSRİ Konstitusiyasında Qarabağın statusuna yenidən baxılmaması da Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi idi. Heydər Əliyevin istefasından sonra Azərbaycana qarşı ağır planlar rellaşdırıldı. Lakin Naxçıvan Muxtar Respublikasına gəldikdən sonra ali qanunverici orqanında üç rəngli bayrağımız qaldırıldı, muxtar respublikanın adının qarşısından SSR adı çıxarıldı".

Qeyd edək ki, konfransda millət vəkili Rəşad Mahmudov, Ziyafət Əsgərov, Astaranın icra başçısı Qəzənfər Ağayev və digərləri iştirak edir.

Qumral