Coli haqda ŞOK FAKTLAR: Tabut sevgisi...
    • 2-05-2024, 10:43
    • 199

Coli haqda ŞOK FAKTLAR: Tabut sevgisi...

Dünyaca məşhur aktrisa Ancelina Coli haqda 5 şok fakt:

1 - Coli onun əsl soyadı deyil. Əslində, bu, məşhurun "gözəl" mənasını verən ikinci soyadıdır. Ancelinanın əsl soyadı Voytdır. Ancaq ulduz atası ilə pis münasibətə görə onunla əlaqəli hər şeydən imtina edib.

2- Gəncliyində aktrisa mümkün olan bütün narkotikləri sınayıb. Coli bir neçə dəfə qaranlıq keçmişinin olduğunu etiraf edib.

3 - 12 yaşında o, soyuq silahlar toplamağa başlayıb. İlk bıçağı ona anası hədiyyə edib. Coli deyib ki, onu dünyanın hər yerindən gələn bıçaqlar cəlb edib, çünki onlar "tarixi xatırladırlar... Bıçaqlarda gözəl və ənənəvi nələrsə var.

4 - Aktrisa uşaq ikən ona ağrı hissi verəcək hərəkətlər etməyi sevib. Dediyinə görə, bu onun özünü canlı olduğunu hiss etdirib.

Coli əllərini bir neçə dəfə kəsib və bir dəfə arteriyasını zədələyib. Həmin vaxt aktrisa xəstəxanalıq olub.

5- Uşaq ikən aktrisa tabutlara baxmaqdan həzz alıb. Buna görə də yas mərasimlərinin təşkilatçısı olmaq istəyib. Onun bu davranışına görə anası aktrtisanı psixoloq müayinəsinə aparıb.

Teymur MƏMMƏDOV