Müəllimlərin işə qəbulu ilə bağlı - YENİLİK
    • 6-04-2019, 12:28
    • 938

Müəllimlərin işə qəbulu ilə bağlı - YENİLİK

İşə qəbul üzrə mərkəzləşdirilmiş müsabiqə isə iyul ayından başlayacaq

Müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi aprelin 21-dən sonra gözlənilir. News24.az-ın məlumatına görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə Təhsil TV-də "Təməl" verlişində açıqlaması zamanı bildirib. O qeyd edib ki, dəqiq məlumat bir həftə ərzində müəllimlərə bildiriləcək.

M.Camalzadə onu da bildirib ki, 2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin başlayacağı tarix də məlum olub. Belə ki, müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş müsabiqə iyuldan başlayacaq. Bu proses bir neçə mərhələdən ibarət olmaqla iyul, avqust və sentyabr aylarını əhatə edəcək.

Afaq Mirayiq