SON DƏQİQƏ: Millinin yeni baş məşqçisi ilə bağlı AFFA-dan ŞOK QƏRAR!
    • 1-12-2023, 14:17
    • 8 036

SON DƏQİQƏ: Millinin yeni baş məşqçisi ilə bağlı AFFA-dan ŞOK QƏRAR!

AFFA rəhbərliyi millinin yeni baş məşqçisi ilə bağlı strategiyasını müəyyənləşdirib.

News24.az sportinfo-ya istinadla xəbər verir ki, Canni De Byazini əvəzləyəcək şəxs yerli olmayacaq! Məlumat kifayət qədər mötəbərdir.

Federasiya prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bəzi üzvlərinin təzyiq və təkidi ilə belə bir qərar qəbul edib.

Dünənə kimi yerli mütəxəssis variantına üstünlük verən federasiya başçısı artıq öz mövqeyini 180 dərəcə dəyişib.

Abdullayev yığmanın sükanı arxasına gələ biləcək xarici namizədlərin siyahısının tezliklə hazırlanmasına dair göstəriş verib. Bu məqsədlə yaradılan İşçi Qrupunun qısa müddətdə bir araya gəlməyi planlaşdırılıb.