Məktəbli qızları aldadaraq qaçırmaq istədi – ANBAAN VİDEO
    • 2-12-2023, 10:15
    • 175

Məktəbli qızları aldadaraq qaçırmaq istədi – ANBAAN VİDEO

Türkiyənin Konya şəhərində bir şəxs məktəbə getmək üçün məktəbli avtobusunu gözləyən 2 qızı maşını ilə qaçırmaq istəyib.

News24.az Medianews.az-a istinadla xəbər verir ki, məktəbli qızların ailəsi həmin şəxsi uzaqdan görüb.

Ailənin durumu anladığını görən şəxs hadisə yerindən qaçıb.

Məktəbli qızların dediyinə görə, həmin şəxs “avtobus xarab olub, ona görə də məni göndərdilər” deyərək onları öz avtomobilinə mindirməyə çalışıb. Baş verənlər ərazidəki mənzilin təhlükəsizlik kameraları tərəfindən saniyə-saniyə lentə alınıb.