Qızılcadan ölən 2 yaşlı uşaqla bağlı YENİ MƏLUMAT
    • 3-12-2023, 19:10
    • 453

Qızılcadan ölən 2 yaşlı uşaqla bağlı YENİ MƏLUMAT



2 yaşlı uşaq Qaradağ rayonunun Qobustan qəsəbəsindən təcili yardım ambulansı vasitəsilə təxliyə olunub.

News24.az bildirir ki, APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, azyaşlı noyabrın 30-da saat 21:32-də 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına qəbul olunub. Daxil olarkən xəstənin ümumi vəziyyəti ağır, dəri və selikli qişalar sianozlu (göyümtül rəngdə) olub. Ağciyərlər üzərində zəifləmiş sərt tənəffüs fonunda tək-tək yaş xırıltılar duyulub.

Xəstə süni tənəffüs aparatına qoşulub.

Aparılan bütün intensiv terapiya və reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ürək tənəffüs fəaliyyəti bərpa olunmayıb və dekabrın 2-də saat 17:00-da bioloji ölüm baş verib.

Xəstənin anamnestik və reyestr məlumatlarına əsasən, qızılcaya görə peyvənd olunmadığı məlum olub.