Üz-üzə gələcək - Qarabağ
    • 5-12-2023, 10:35
    • 338

Üz-üzə gələcək - Qarabağ"ın indiki və keçmiş rəqibi

Avropa Liqasının H qrupunda yer alan “Qarabağ”ın rəqibi İsveçin “Hekken” klubu yoldaşlıq oyunu keçirəcək.

News24.az Sportinfo.az-a istinadla xəbər verir ki, İsveç çempionatında cari mövsümü 3-cü pillədə başa vuran "arılar" Finlandiyanın “Helsinki” klubu ilə qarşılaşacaq.

Görüş dekabrın 7-də Helsinkidəki “Bolt Arena”da baş tutacaq.

Maraqlıdır ki, “Helsinki” bu mövsüm Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olmuşdu.

“Qarabağ” – “Hekken” matçı dekabrın 14-də Bakıda Tofiq Bəhramov adına stadionda keçiriləcək.