-
- 9-11-2023, 23:45
- 662
"Qarabağ"-"Bayer" oyununun qalibi BƏLLİ OLDU
Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" Avropa Liqasının qrup mərhələsində 4-cü tur oyununa çıxıb.
News24.az qol.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun komandasının rəqibi Leverkuzen "Bayer"i (Almaniya) olub. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyun "Bayer"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında 3-cü tur görüşü "Bayer"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
H qrupunun digər matçında isə "Hekken" evdə "Molde" ilə üz-üzə gələcək.
Avropa Liqası, qrup mərhələsi, 4-cü tur
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Leverkuzen, Almaniya) - 0:1
Qol: Bonifeys, 90+2-pen.
Hakimlər: Kreyq Pouson, Simon Bennett, Lee Betts, Con Brooks
Tofiq Bəhramov adına Respublika Stadionu.
00:00. "Hekken" (İsveç) - "Molde" (Norveç)