-
- 5-12-2023, 13:24
- 334
Füzuli, Cəbrayıl və Laçının bir sıra kəndləri ləğv edilir
Füzuli, Cəbrayıl və Laçının bir sıra kəndləri ləğv edilir.
News24.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsində müzakirə edilib.
Layihəyə görə, Füzuli rayonunun Yuxarı Veysəlli və Ağbaşlı kəndləri, Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndi və Laçın rayonunun Alıcan kəndinin ləğv edilərək ərazilərinin bütövlükdə Xocavənd rayonununa veriləcək.
Qumral