"Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir" - Miller
Dünya
"Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmirik. Bu, Amerika Birləşmiş Ştatları olaraq bizim maraqlarımıza zidd olardı”.
News24.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.
“Azərbaycanla əməkdaşlığı dayandırmaq ABŞ-ın maraqlarına ziddir. Azərbaycan və Ermənistanla birbaşa danışıqlarımızı davam etdiririk.Biz həmçinin davamlı sülh əldə etmək üçün onlarla işləməyə davam edirik və bu, diqqətimizdə qalacaq”, - ABŞ Dövlət Departamentinin sözçüsü bildirib.
Ayşən