Şarl Mişel: Ermənistan və Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi
    • 7-12-2023, 22:28
    • 220

Şarl Mişel: Ermənistan və Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi



Ermənistan-Azərbaycan birgə bəyanat yayaraq münasibətlərində böyük irəliləyiş əldə etdi, bunu alqışlayırıq.

News24.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti "X" hesabında bildirib.

"Xüsusilə də saxlanılanların azad edilməsi və siyasi dialoqda görünməmiş irəliləyişi alqışlayırıq. Tərəflər arasında ikitərəfli dialoqun qurulması və dərinləşdirilməsi Aİ-nin rəhbərlik etdiyi Brüssel prosesinin əsas məqsədi olub. Bugünkü irəliləyiş vacib addımdır.

İndi mən liderləri Ermənistan-Azərbaycan sülh sazişini tez bir zamanda yekunlaşdırmağa çağırıram", - deyə Şarl Mişel bildirib