-
- 8-12-2023, 13:45
- 358
Bu şəxslərə müvafiq hərbi rütbələr veriləcək - Qanun layihəsi
Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbələrin verilməsi haqqında layihə birinci oxunuşda qəbul edilib.
News24.az xəbər verir ki, qanunun 11-ci maddəsinin 15-ci hissəsinə təklif olunan dəyişikliyə əsasən, məhkəmə ekspertizası təşkilatlarının ekspertlərinə müvafiq hərbi rütbələr veriləcək.
Qanunun 23-cü maddəsinin 2-ci hissəsinə isə texniki dəyişiklik təklif olunur.
Qeyd edək ki, hazırda məhkəmə ekspertlərinin fəaliyyətinin təşkili səlahiyyətləri bu dövlət orqanlarına aiddir:
- məhkəmə-tibb (məhkəmə-psixiatriya) sahəsində bu funksiyanı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.
- məhkəmə ekspertizasının digər sahələrində isə bu səlahiyyət Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə aiddir.
Fərid Azəri