-
- 28-09-2024, 14:00
- 302
Boşanmalar uşaqların psixologiyasına mənfi təsir etmir - Psixoloq
Son illər Azərbaycanda boşanma sayı sürətlə artır. Boşanmalardan ən çox əziyyət çəkənlərin isə uşaqlar olduğu bildirilir. Qeyd edilir ki, bu hal böyüməkdə olan uşaq və yeniyetmələrə mənfi təsir edir.
Uşaq psixoloqu Zeynəb Əyyubova mövzu ilə bağlı Modern.az-a bildirib ki, uşağın psixologiyasını pozan ailənin dağılması və ya dağılmaması deyil:
“Uşağın psixologiyasına təsir edən ən birinci səbəblərdən biri ona yaşadılan travmatik hadisələrdir. Amma valideynlər boşandığı halda uşaq onlarla normal əlaqə qurursa, bu problem deyil. Tutaq ki, bir nəfər boşanıb və ailə həyatı qurmaq istəyir. Əgər seçdiyi insan normal psixologiyalıdırsa və ilk ailəsindən olan övladı ilə normal münasibət quracaqsa, burada da uşaqlar əziyyət çəkmir".
Z.Əyyubova qeyd edib ki, uşaqlara pis təsir edən şey doğma və ya ögey valideynlərin onlarla normal rəftar etməmələridir:
“Bəzən cəmiyyətdə deyilir ki, valideynin ikinci dəfə ailə həyatı qurması uşağa mənfi təsir edir. Bu belə deyil, valideyinin ikinci dəfə pis insanla ailə həyatı qurması uşağa pis təsir edir”.