Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb
    • 11-12-2023, 20:27
    • 142

Ceyhun Bayramov Brüsseldə media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində bir sıra media və aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb.

XİN-dən News24.az-a verilən xəbərə görə, görüşdə müasir çağırışlar fonunda ölkəmizin yürütdüyü xarici siyasət prioritetləri, postmünaqişə dövründə mövcud regional vəziyyət, Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşma prosesi və regional əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşdə, həmçinin nazir Ceyhun Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.