"Ermənistan sülh müqaviləsi imzalamağa doğru irəliləyir" - Akopyan
    • 12-12-2023, 16:11
    • 136

"Ermənistan sülh müqaviləsi imzalamağa doğru irəliləyir" - Akopyan

“Uzun müddətdir sülhü öz gündəmində prioritet elan edən Ermənistan sülh müqaviləsi imzalamağa doğru irəliləyir”.

News24.az  xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Vaqarşak Akopyan deyib.

“Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin Cənubi Qafqazda sülhə nail olmaq üçün tarixi imkanın olması ilə bağlı bəyanatıyla razıyam.Mən də hesab edirəm ki, nəhayət həmin məqsədə nail olmaq üçün tarixi imkan var, bu imkanlar ikitərəfli razılaşmalarda öz əksini tapır. Qənaətimə görə, bu gün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin alternativi olmadığına dair qarşılıqlı anlaşma var. Bu, son vaxtlar əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir”.

Ayşən