Bakıda avtoservisdən avtomobil oğurlanıb
    • 9-04-2019, 11:38
    • 764

Bakıda avtoservisdən avtomobil oğurlanıb

Aprelin 8-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta satlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, 5-ci Polis Bölməsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb.

Hazırda faktla bağlı araşdırmalar aparılır.